“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bu il reytinqə ilk dəfə “HUAWEI” şirkəti daxil edilib. Analitiklər bu şirkətin dəyərini 62,2 milyard dollar məbləğində qiymətləndiriblər. Brendinin dəyəri 220,7 milyard dollar məbləğində qiymətləndirilən “Amazon” şirkəti reytinqdə birinci yeri tutub.
“Brand Finance” nəşrinin versiyasına görə, dünyada ən bahalı brendlərin onluğu aşağıdakı kimidir:
1. “Amazon” – 220,7 milyard dollar (17,5% artım)
2. “Google” – 159,7 milyard dollar (11,9% artım)
3. “Apple” – 153,6 milyard dollar (8,5% azalma)
4. “Microsoft” – 117,0 milyard dollar (2,1% azalma)
5. “Samsung” – 94,4 milyard dollar (3,5% artım)
6. “ICBC” – 80,7 milyard dollar (1,2% artım)
7. “Facebook” – 79,8 milyard dollar (4,1% azalma)
8. “Walmart” – 77,5 milyard dollar (14,2% artım)
9. “Ping An” – 69,0 milyard dollar (19,8% artım)
10. “HUAWEI” – 62,2 milyard dollar (4,5% artım)
Emil Hüseynov