Nazir: "Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək"

Nazir: "Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək"
17:32 24 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

İki paytaxt arasında ilk dəfə keçirilən "Bakı-Moskva - mədəniyyətlər dialoqu" layihəsində Rusiyadan təxminən 150 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev "Bakı-Moskva - mədəniyyətlər dialoqu" konfransı çərçivəsində deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə işə salınan "Bakı prosesi" öz işini müxtəlif formalarda davam etdirir və müxtəlif beynəlxalq layihələrin reallaşmasına təkan verir: "Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək. "Bakı-Moskva - mədəniyyətlər dialoqu" və konfrans çərçivəsində üç gün ərzində keçiriləcək digər tədbirlər münasibətlərin genişlənməsinin və gələcək Humanitar forumda müzakirə olunacaq mövzuların əsasını qoyacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/820517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR