Muğam Mərkəzində Vəli Qədimovun 80 illiyi qeyd edilib - FOTO

Muğam Mərkəzində Vəli Qədimovun 80 illiyi qeyd edilib - FOTO
16:57 25 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti  Vəli Qədimovun 80 illiyi qeyd edilib.

Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun 80 illiyinə  həsr olunmuş gecə təşkil edilib.

Tədbirdə Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək unudulmaz ifaçının yaradıcılığından söz açdı. Bildirdi ki, uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli Qədimov  14 yaşında artıq özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. 1970-ci ildə o, Baba Salahovun, 1981-cü ildə Xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. İfaçının  yüksək sənətkarlığı dövlətimiz tərəfindən qiymətləndirilmiş  1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adların layiq görülüb.

Tədbirdə Xalq artistləri Aftandil İsrafilov, Fikrət Verdiyev, Sadıq Zərbəliyev, Ramiz Quliyev, Zamiq Əliyev sənətkarla bağlı xatirələrini bölüşüblər.

Vurğulandı ki, Azərbaycan musiqi tarixinə adını silinməz hərflərlə həkk edən sənətkarlar az olmayıb. Belə unudulmaz musiqiçilərdən biri də Vəli Qədimov idi. O, xalqın sevimli artistinə çevrilənədək sənət yolunda fədakarlıq göstərmiş Xalq artisti Zeynəb Xanlarova ilə illər boyu çiyin-çiyinə çalışmış, eyni səhnədə könülləri riqqətə gətirən musiqilərimizi qanadlandırıb.

Konsert proqramında  sənətkarın  Qizil fondda qorunan ifaları ilə yanaşı  tanınmış xanəndələr  vaxtilə sənətkarın müşayiəti ilə səslənən musiqi parçalarını təqdim etdilər.  Ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiət edib.

Tədbirin sonunda Vəli Qədimovun qızı Xalidə Qədimova çıxış edərək atasının xatirəsinin əziz tutub yubiley gecəsinə gələn qonaqlara  və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, BMM mütəmadi olaraq görkəmli muğam ifaçıları,  musiqi sənətimizdə iz qoyan sənətkarların xatirəsinə həsr olunan gecələr təşkil edir. Bu gunə kimi muğam sənətimizdə xidmətləri olan xanəndələrlə yanaşı instrumental ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin xatirəsi yad edilib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/820676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR