Nurlana bu dəfə oxucuların görüşünə gəldi - "Hər iki mən"i ilə / FOTO

Nurlana bu dəfə oxucuların görüşünə gəldi - "Hər iki mən"i ilə / FOTO
18:58 25 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Ötən gün YARAT Müasir İncəsənət Mərkəzində, Radio və Televiziya aparıcısı Nurlana Cəfərovanın ilk şeir toplusu olan "Hər İki Mən" adlı kitabın təqdimatı baş tutub.

Publika.az xəbər verir ki, uşaqlıq yaşlarından şeirə böyük maraq göstərən aparıcının hazırladığı poeziya gecəsinə Xalq artisti Faiq Sücəddinov, aktrisa Oksana Rəsulova, aparıcı Turanə Hüseynli, Azər Süleymanov, Rəşad Mehdili, Vüsalə Səid, ProMete, aktyor Vüsal Murtuzəliyev, Əlixan Rəcəbov, Sənan Əlləz, müğənni Bəbir Bəbirli, ailə üzvləri, dostları və başqaları qonaq gəlib.

Bir çox populyar estrada mahnılarının müəllifi olan Nurlana Cəfərova həyəcanlı olduğunu gizlətməyib:

"İndiyə qədər çox böyük səhnələr görmüşəm, amma bugünki qədər həyəcanlı olduğumu xatırlamıram. Kitabım ötən ilin dekabrında nəşr olunub, ön sözünü xalq şairimiz Vahid Əzizə həvalə etdim. Nəinki onun hətta kitab dərc edilmədən öncə bir çox şairlərin fikirlərini almışam.

Sözsüz ki, mənim böyüklərə hörmət və rəğbət bəsləyən insan kimi bunu etmək borcum idi".

Gecənin xüsusi qonağı olan tanınmış bəstəkar Faiq Sücəddinov çıxışında Nurlana Cəfərovanın çox istedadlı xanım olduğunu qeyd edib:

"Azərbaycan çox yazıçılar, şairlər yetişdirib- böyük Səməd Vurğundan başlayaraq Nəbi Xəzri, Fikrət Qoca, Baba Vəziroğlu və bir çox yaradıcı insanlar. Çox istəyərdim ki, şeirlərində vətən, Azərbaycan və böyük hərflərlə yazılan sözlər olsun. Səni və ailəni təbrik edirəm".

Gecənin açılışı elan edildikdən sonra tədbir bədii hissəylə davam edib. Vüsal Murtuzəliyev "Xoşbəxtlik" Vüsal Oksana Rəsulova "Dram", Eldar Qasımov "Bax uçuram", Fariz İlyasov "Sən və Mən", Azər Süleymanlı "Hədiyyə" və s. bir çox qonaqlar "Hər iki mən" kitabında şeir və musiqilər səsləndirib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/302939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR