"Real Madrid"in hücumçuları 5 oyundur qol vura bilmir

"Real Madrid"in hücumçuları 5 oyundur qol vura bilmir
12:02 27 Yanvar 2020
39 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" futbol klubunun hücumçuları La Liqanın son turlarında fərqlənə bilmirlər.
"Report"un məlumatına görə, Madrid təmsilçisinin çempionatdakı son 5 görüşündə qolları komandanın müdafiəçiləri və yarımmüdafiəçiləri vurub.
Son turun "Valyadolid"lə (1:0) səfər matçında "kral klubu"nun yeganə qoluna komandanın müdafiəçisi Naço imza atıb. "Sevilya" ilə ev (2:1) oyununda Karlos Kazemiro (2 dəfə), "Xetafe" ilə səfər matçında (3:0) müdafiəçi Rafael Varan (2 dəfə) və yarımmüdafiəçi Luka Modriç fərqlənib.
"Barselona" və "Atletik" (Bilbao) klubları ilə görüşlər isə qolsuz bərabərliklə yekunlaşıb. "Kral klubu"nun heyətindəki hücumçulardan heç biri yuxarıda qeyd olunan oyunlarda rəqib qapılarına yol tapa bilməyib.
Qeyd edək ki, "Real Madrid"in hücumçularından Kərim Benzema sonuncu dəfə La Liqanın XVII turunda "Valensiya" ilə səfərdə keçirilən görüşdə fərqlənərək komandasına bir xal qazandırıb - 1:1. Bu qarşılaşmadan sonra "kral klubu" 4 tur və "Barselona" ilə təxirə salınmış matça çıxıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniyanin-real-madrid-futbol-klubunun-hucumculari-la-liqanin-son-t

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR