Bill Qeyts koronovirusla mübarizəyə 10 milyon dollar ayırıb

Bill Qeyts koronovirusla mübarizəyə 10 milyon dollar ayırıb
17:35 27 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusla mübarizədə Çini dəstəkləyib və təxminən 5 milyon dollar məbləğində yardım edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "radiosputnik.ria.ru" saytına istinadən yazır ki, bu vəsait infeksiyanın daşıyıcılarının müəyyənləşdirilməsi və onların müalicə edilməsi, həmçinin peyvəndin hazırlanmasına xərclənəcək.

 

Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondunun Çin bölməsinin rəhbəri Li İnonun sözlərinə görə, Afrika ölkələrinə də eyni məbləğdə yardım ediləcək ki, onlar koronavirusun yayılması riskinin qarşısını ala bilsinlər.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-65856-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR