“Çahargah” muğamı təqdim edildi - Muğam axşamları

“Çahargah” muğamı təqdim edildi - Muğam axşamları
20:57 27 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsi çərçivəsində "Çahargah" muğamı təqdim edilib.

Milli.Az xəbər verir ki, yanvarın 25-də Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində keçirilən gecədə gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Nisbət Sədrayeva "Çahargah" dəstgahını özünəməxsusluqla ifa etdilər.

Muğam Televiziya Müsabiqəsinin qaliblərinin çıxışları elə ilk dəqiqələrdən böyük alqış və maraqla qarşılandı. Beynəlxalq Muğam Mərkəzinin artıq illərdir formalaşan və muğamlarımıza böyük diqqətlə yanaşan tamaşaçıları qarşısında məsuliyyətlə çıxış edən xanəndələr dəstgahın çahargah, segah, müxalif, hicaz və digər şöbələrini böyük şövqlə tamaşaçılara çatdıra bildilər. Konsertin xoş aurasından ayrılmaq istəməyən tamaşaçılar xanəndələri ikinci dəfə səhnəyə dəvət etdilər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/821209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR