Mədəniyyət naziri və nazirin birinci müavini regionlarda vətəndaşları qəbul ediblər (FOTO)

Mədəniyyət naziri və nazirin birinci müavini regionlarda vətəndaşları qəbul ediblər (FOTO)
22:36 31 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 31-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan öncə Mədəniyyət naziri Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzərək xatirəsi ehtiramla anıblar.

Daha sonra Əbülfəs Qarayev Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən klub müəssisələrində ödənişli xidmətlərin göstərilməsinə dair ixtisasartırma kurslarının təşkili, televiziya və radio kanalları ilə birgə kitabın təbliği məqsədilə layihələrin həyata keçirilməsi, Şuşaya həsr olunmuş rəsm əsərlərinin sərgisinin təşkili, Xızı rayonu ərazisində tarix və mədəniyyət abidələrinin qorunması, yeni tikilmiş qaçqın şəhərciklərinə mədəniyyət müəssisələrinin köçürülməsi ilə bağlı müraciətlər səsləndirilib.

Qəbulda həmçinin Sumqayıtın Tarixi Muzeyinin ekspozisiya zallarında lazımi avadanlıqların sayının artırılması, Şuşa qalasının 270 illiyinin qeyd olunması, Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin musiqi alətləri ilə təmin olunması, Sumqayıt Regional Mədəniyyət İdarəsində yaradılmış internet televiziyasının fəaliyyəti barədə, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər edilib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Xızıda sakinlərlə görüşündən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə tər çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Nazirin birinci müavininin Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda rayon sakinləri tərəfindən Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Mikayıl Müşfiq Muzeyinin yerləşdiyi ərazinin hasara alınması, Cəfər Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi üçün müasir tələblərə cavab verən yeni binanın tikilməsi ilə bağlı müraciətlər səsləndirilib.

Vətəndaşlar eyni zamanda kitabxana fondlarının dərsliklərlə zənginləşdirilməsi, Giləzi Uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, rayonda yeni uşaq musiqi məktəbinin yaradılması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) binasının əsaslı təmiri, işlə təmin olunma və digər məsələlərlə bağlı Vaqif Əliyevə müraciət ediblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3185310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR