Əməkdar artist yeni yaranan qruplardan narazıdır

Əməkdar artist yeni yaranan qruplardan narazıdır
12:51 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Cavan Zeynallı yeni yaranan qrupların repertuarını bəyənmir.

Axşam.az-ın məlumatına görə, caz ifaçısı bu haqda “Star life” verilişinə açıqlamasında deyib. C.Zeynallı efirlərdə az görünməsinin səbəbini də açıqlayıb:

“Kanallar çoxdur, hamısına getmək mümkün deyil. Mən 6 ildir İncəsənət Universitetində çalışıram, tələbələrim var. Gecə klublarda oxuyuram. Son vaxtlar yaranan qrupları tanımıram. Üç-dörd nəfər yığışıb ritmik mahnı oxumağa başlayır. Bir il sonra da ayrılıb solo ifa edirlər. Keçmişin mahnıları kimi bəstələr yoxdur. Ancaq çalışırlar ritm olsun. Bu da toy mahnılarıdır. Axı toy və səhnə fərqlidir. “Şeron” qrupu çox xoşuma gəlirdi, ciddi mahnıları var idi. Bir müddət sonra mən də qrup yaradacam: “Cavan və cavanlar”. Fərqli, hər şeyi yerində olacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR