"Qarabağ" Dani Kintana ilə yollarını ayırıb

"Qarabağ" Dani Kintana ilə yollarını ayırıb
15:32 3 Fevral 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. 
"Report" Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, ispaniyalı yarımmüdafiəçi Dani Kintanadır. Onun Çin Premyer Liqasında çıxış edəcəyi ehtimal olunur. Klub Kintanaya xidmətləri qarşılığında təşəkkürünü bildirib. 33 yaşlı oyunçu Azərbaycan komandasında 2015-ci ildən çıxış edirdi.
Qeyd edək ki, "Qarabağ" daha öncə Simeon Slavçev ("Levski", Bolqarıstan), Asmir Beqoviç ("Milan", İtaliya) və Riçard Almeyda ("Baniyas", BƏƏ) ilə vidalaşıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-daha-bir-futbolcusu-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR