Biləsuvarda "Xocalı - Tarixin qan yaddaşı" adlı rəsm sərgisinin açlışı olub (FOTO)

Biləsuvarda "Xocalı - Tarixin qan yaddaşı" adlı rəsm sərgisinin açlışı olub (FOTO)
18:29 4 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2 fevral “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunmuş Xocalı soyqırımı mövzusunda "XOCALI TARİXİN QAN YADDAŞI" adlı rəsm sərgisinin açlışı baş tutub.

Trend-in məlumatına görə, proqram Biləsuvarda Heydər Əliyevin heykəlinin ziyarətindən sonra start götürdü. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayaraq daha sonra Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş video çarxla açlış etdi.

Tədbirin aparıcısı Alidə Mustafayeva tədbir iştirakçılarını salamlayaraq təşkilatçıları səhnəyə dəvət etdi.

Təşkilatın sədri bildirdi Elşən Əliyev çıxışında bildirdi ki bu layihə Heydər Əliyev Fonundun vitse-prezidenti Leyla Əliyevanın "Gəlin həqiqət naminə və ədalətin zəfər qazanmasi üçün birgə kampaniya aparaq" çağrışına qoşularaq hər il Leyla xanımın təşəbbüsü ilə baş tutan “Xocaliya Ədalət” Beynəlxalq kampaniyasında “XOCALIYA ƏDALƏT” dəyərək Rəssamların əsərlərindən ibarət rəsm sərgisi ilə yola çıxmışıq.
Tədbirdə Elvin Abdullayevin rejissorluğu ilə çəkilən “MƏRİZ” filminin nümayişi oldu.
“EMEDIA GROUP” Media təşkilatının sədr müavini Tural Nurməmmədov məhz Milli Qəhrəmanımız Mübariz İbrahimova görə proekt Biləsuvar royonundan start götürdü.
Tədbirin ikinci hissəsində “XOCALI TARİXİN QAN YADDAŞI” adlı rəsm sərgisinin açlış mərasimi oldu. Açlış mərasimində Layihənin bədii rəhbəri Ülkər Əbülfət rəsmlərin izahını və əsərlər müxtəlif janrlarda çəkildiyini bildirdi.

Ən sonda bütün heyət 100 ə yaxın qonaq Mübariz İbrahimovun evində ailəsi ilə görüşərək yola çıxdılar. Tədbirdə İctimai, Siyasi, Dini ictimai xadimlər və rəssamlar iştirak etmişdir.

Təşkilatın sədri “EMEDIA GROUP” media təşkilatının sədri Elşən Əliyev bu tədbirin baş tutmasında Biləsuvar rayon İcra Hakimiyyəti, Biləsuvar Regional mədəniyyət idarəsi və xüsusi ilə Dövlət rəsm Qalareyasının direktoru Rövşən Cənnətova dərin təşəkkürünü bildirdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3186788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR