"Azerbaijan Best Awards" mükafatlandırma mərasimi keçirilib (FOTO)

"Azerbaijan Best Awards" mükafatlandırma mərasimi keçirilib (FOTO)
19:08 4 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Boulevard Hotel Baku"da "Azerbaijan Best Awards" mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, nüfuzlu mükafat sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, idman, moda, ictimai xadimlər, memar-dizaynerlerə, elm xadimləri, influencerlər müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.

Mükafat alanalar arasında, xarici ölklərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Adel İbrahim, Adil Embarş və Husnan Bəy Fənanie, xalq artistlərindən Həmidə Ömərova, İlham Namiq Kamal, Nisə Qasımova, Faiq Ağayev, əməkdar incəsənət xadimi Fəxiyyə Xələfova, müğənnilərdən Zamiq Huseynov, Çingiz Mustafayev, Eldar Qasımov, Gunay İbrahimli, Sevda Yehyayeva, Nura Suri, Xəyyam Nisanov, Dilara Kazımova, Natavan Həbibi, aparıcılardan Afaq Gəncəli, Vüsalə Əlizadə, Zümrüd Bədəlova, Suna Kasımoğlu, idmançılardan Eduard Məmmədov, Tofiq Musayev, Aqil Acalov və Mahir Emrəli, TREND İnformasiya Agentliyinin jurnalisti Vuqar İmanov və digərləri var.

İlk öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak etdilər. Gecənin proqramında qonaqlar müxtəlif markaların moda şoularında izlədilər. Tədbir bitdikdən sonra isə mükaftçılar DJ Çinanın müşayiəti ilə "after party"də iştirak etdilər. Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simaların da iştirak etdi. Aparacılar – Samir Bayramlı və Kəmran Yardanquliyev.

Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3186913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR