Asmir Beqoviçin "Qarabağ"da qalmasına "Milan"ın təklifi mane oldu

Asmir Beqoviçin "Qarabağ"da qalmasına "Milan"ın təklifi mane oldu
20:07 6 Fevral 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Mövsümün ilk yarısında "Qarabağ"da çıxış edən qapıçı Asmir Beqoviçin komandada qalmasına "Milan"ın təklifi mane olub. 
"Report"un məlumatına görə, 33 yaşlı qolkiper yenidən Ağdam təmsilçisinin formasını geyinmək istəyib. Bosniya və Hersoqovina yığmasının üzvü ölkə çempionu ilə razılıq əldə etməyə yaxın olsa da, İtaliya klubunun təklifi Beqoviçin seçimini dəyişməsinə səbəb olub. 
"Milan"ın təklifi olmasaydı, təcrübəli oyunçu mövsümün sonuna kimi yenidən icarə əsasında "Qarabağ"da çıxış edəcəkdi. 
Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə İngiltərə "Bornmut"una məxsusdur. Onun klubla müqaviləsi 2021-ci ilin iyununadəkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/beqovicin-qarabag-da-qalmasina-milan-in-teklifi-mane-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR