Çin şirkətləri əlavələr mağazası yaradacaqlar

Çin şirkətləri əlavələr mağazası yaradacaqlar
10:35 7 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Çinin "Xiaomi", "Huawei Technologies", "Oppo" və "Vivo" kimi texnoloji nəhəngləri oyun, musiqi, film və müxtəlif əlavələrin yerləşdiriləcəyi və satılacağı vahid platformanın yaradılması üzərində çalışırlar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, "GDSA" (Global Developer Service Alliance) adlı platforma proqram tərtibatçılarına məhsulları xarici bazarlarda tanıtdırmağı asanlaşdıracaq. Dörd şirkətin hər biri konkret regionlarda öz üstünlüyündən istifadə edəcək. Məsələn, "Xiaomi" Hindistanda, "Vivo" və "Oppo" Cənub-Şərqi Asiyada, "Huawei" Avropada.

 

Analitiklərin fikrincə, "GDSA" platforması "Google Play" servisi ilə ciddi rəqabət aparacaq. Yeni platformanın martda istifadəyə veriləcəyi gözlənilir.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-66188-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR