Fevralın 9-da Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı başlanacaq. "Report"un məlumatına görə, 3 gün davam edəcək hazırlıq prosesinə 24 futbolçu dəvət olunub. Millinin baş məşqçisi Milan Obradoviç ən çox - 6 oyunçunu "Qarabağ"dan çağırıb.