ABŞ-ın "AJF Associates İnc." şirkəti növbədənkənar parlament seçkilərində aparılan"exit-poll"un nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, şirkətin rəhbəri Corc Börnbaun "exit-poll"un 1053 məntəqəsini əhatə etdiyini bildirib. 47 sahə üzrə nəzarətçiyə verilən müsahibələr təhvil alınıb.

Bu nəticələr Nyu-York şəhərindəki mərkəzə ötürülüb. Gün ərzində 76 min müsahibə aparılıb. Nəticələr yenidən Bakıya göndərilib. Hər seçki dairəsi üzrə xəta xətti 3,6-3,9 faiz civarında götürülüb.

Aparılan "exit-poll"un nəticəsi:

Partiyalar üzrə: YAP - 69 yer

Müstəqil deputatlar - 41 yer

VAP - 3

DİP - 1

BQP - 1

BAXCP -1

VHP - 3.

Exit-pollun nəticələrinə görə, partiyalar üzrə 1 yer qazanan namizədlər bunlardır:

22 saylı seçki dairəsi - Asim Mollazədə

26 saylı seçki dairəsi -Fazil Mustafa

36 saylı seçki dairəsi - Qüdrət Həsənquliyev

87 saylı seçki dairəsi - Tahir Kərimli

110 saylı seçki dairəsi - Elşən Musayev