"İnter" derbidə qalib gələrək, lider oldu

"İnter" derbidə qalib gələrək, lider oldu
01:52 10 Fevral 2020
130 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "İnter" və "Milan" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2.
İlk yarıda "Milan" Ante Rebiçin 42-ci və Zlatan İbrahimoviçin 45+1-ci dəqiqədə vurduğu qollarla üstün olub. Lakin fasilədən sonra "İnter" geridönüş etməyi bacarıb. 52-ci dəqiqədə Martselo Brozoviç, 53-cü dəqiqədə Matias Vesino, 72-ci dəqiqədə Stefan de Vrey və 90+3-cü dəqiqədə Romelu Lukaku fərqlənib.
Bu qələbədən sonra xalını 54-ə çatdıran "İnter" liderliyə yüksəlib. "Milan" isə 32 xalla 10-cu pillədə qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-nter-derbide-qalib-gelerek-lider-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR