İmişlidə məcburi köçkünlərin yaşadığı binada yanğın olub

İmişlidə məcburi köçkünlərin yaşadığı binada yanğın olub
21:17 11 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda yanğın hadisəsi qeydə alınıb.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20:00 radələrində Nəcməddin Savalanov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, həmin binada yaşayan Füzuli sakini Kərimov Arif Eldar oğluna məxsus mənzildə yanğın başlayıb və alov anidən güclənib.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da mənzilin 1 otağı yanaraq yararsız hala düşüb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-mecburi-kockunlerin-yasadigi-binada-yangin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR