“WhatsApp” messencerinin istifadəçilərinin sayı iki milyard təşkil edib. Bu barədə şirkətin korporativ bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, 2020-ci ilədək Yer kürəsi əhalisinin sayı 7,7 milyard nəfər olub.

“İstifadəçi məlumatlarının daha yaxşı qorunması üçün biz daim təhlükəsizlik sahəsində aparıcı mütəxəssislərlə birgə çalışırıq, sahə üzrə ən yeni texnologiyalardan istifadə edirik”, – bloqda qeyd olunur.

Qeyd edək ki, “WhatsApp” messenceri 2014-cü ildə “Facebook” şirkəti tərəfindən 19 milyard dollara satın alınıb və o vaxtdan ona məxsusdur.

Nizam Nuriyev