İtaliya kubokunun 1/2 final matçında “Milan” futbol komandası Turinin "Yuventus” klubunu qəbul edib.
“Report”un məlumatına görə, görüş Milanın ”San Siro” stadionunda baş tutub və 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada hesabı "Milan”ın hücumçusu Ante Rebiç açıb. Bundan 10 dəqiqə sonra “qırmızı-qara”lar müdafiəçi Teo Ernandesin meydandan qovulması səbəbindən azlıqda qalıblar. Matçın 91-ci dəqiqəsində "Yuventus”un hücumçusu Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.