“Report” xəbər verir ki, bu, yarışın yarımfinal mərhələsi üçün ən yüksək göstərici olub.
"Milan" – “Yuventus” görüşü 1:1 hesabı ilə başa çatıb. Xorvat hücumçusu Ante Rebiçin 61-ci dəqiqədə burduğu qola turinlilər ikinci tayma əlavə edilmiş vaxtda Kriştianu Ronaldunun qolu ilə cavab verdilər. Meydan sahibləri matçı azlıqda başa vurublar. Qarşılaşmanın 72-ci dəqiqəsində Teo Ernandes meydandan qovulub. Turinin "Yuventus Stadium" stadionunda cavab oyunu 4 martda olacaq.
Daha əvvəl bu stadionda İtaliya Kubokunun başqa yarımfinal görüşü keçirilib. Həmin matçda "İnter" "Napoli”ni qəbul edib. Qarşılaşma “Napoli”nn 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı stadionda 59601 azarkeş izləyib.