Yeni Zelandiyada süni intellektə malik ilk polis xidmətə başlayır

Yeni Zelandiyada süni intellektə malik ilk polis xidmətə başlayır
15:35 14 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Növbəti bazar ertəsindən yeni Zelandiyanın Vellinqton şəhərindəki milli polis qərargahında Ella adlı yeni əməkdaş ziyarətçiləri qarşılamağa başlayacaq. O, “Intela AI” və “Soul Machines” yerli İT şirkətləri tərəfindən polis idarəsi üçün xüsusi olaraq hazırlanmış süni intellektdir. Ellan bədənə malik deyil, küçələrdə patrul xidməti göstərə bilmir, amma öz həmsöhbətlərinə qarşı son dərəcə səbirli və mehribandır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, növbəti 3 ay ərzində Ellanın bacarıqları real vaxt rejimində polis qərargahına gələnlər və əməkdaşlar üzərində sınaqdan keçiriləcək. Süni intellekt yalnız konsultant funksiyalarına malikdir, amma o, əlaqə qurduğu insanların davranışı haqqında statistika toplamalıdır. Bu, ona gələcəkdə həmin şəxslərlə daha yaxşı işləməyə imkan verəcək.

 

Ella ziyarətçilərlə yalnız sintezləşdirilmiş nitq vasitəsilə deyil, həm də mimika, bədən dili ilə birbaşa dialoq qurmaq qabiliyyətinə malikdir. O, əsas polis xidmətləri barədə konsultasiya verə, təcili yardım xidmətləri ilə əlaqə saxlaya bilər. Bundan başqa nəsə söyləmək istəyənləri sadəcə dinləyə bilər.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-66416-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR