“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmadı

“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmadı
02:22 18 Fevral 2020
156 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının 26-cı tutu çərçivəsində “Çelsi” “Mançester Yunayted”i qəbul edib.
“Report” xəbər verir ki, qarşılaşma “Stemford Bric” stadionunda baş tutub və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab birinci hissənin 45-ci dəqiqəsində açılıb. Antoni Marsyal qonaq komandanın ilk qolunu vurub. Matçın 66-cı dəqiqəsində Qarri Maquayr “qırmızı şeytanlar”ın hesabdakı üstünlüyünü artırıb.
Qeyd edək ki, “Çelsi”nin vurduğu 2 qol VAR baxışından sonra hesaba alınmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-oz-meydaninda-mancester-yunayted-le-bacarmadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR