"Mən özümdən 30 yaş kiçik qadınla..." - 65 yaşlı Elşad Qarayevin cavabı HİDDƏTLƏNDİRDİ - FOTO

"Mən özümdən 30 yaş kiçik qadınla..." - 65 yaşlı Elşad Qarayevin cavabı HİDDƏTLƏNDİRDİ - FOTO
17:57 18 Fevral 2020
285 Şou
Ölkə mətbuatı
A- A+

Qadın müğənnilərdən duet oxumaq istədiyin var?

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) verilişində qonaq olan Elşad Qarayevə müraciət edib.

Müğənni Azərbaycanda qadın müğənni ilə duetin ailədə söz-söhbət yaratdığını bildirib:

"Yox, söz-söhbət olur. Biz elə yerdəyik ki... Rusiya, İngiltərə olardı. Mən oxuyanda gərək öz yaşıdımla oxuyum. Mən özümdən 30 yaş kiçik qadınla sevgidən necə oxuyum? Gərək mənim öz yaşıma uyğun olsun".

Aparıcı 65 yaşlı müğənninin cavabına hiddətlənib:

"Vaxtı ilə Mirzə Babayevlə Brilliant Dadaşova oxudu, Nərgiz Cəlilova Rafiq müəllimlə (Diktor Hüseynov Rafiq - rec) oxudu, Alim Qasımov Almaz Ələsgərli ilə oxudu. Sənin özünün fikrin qaradır deyə elə düşünürsən. Mən baxıram, sən bütün günü Çinanın (Çingiz Əhmədov, Space Telekanalı) verilişində cavan qızlarla "medlinni" oynayırsan. O ayıb deyil, amma oxumaq ayıbdır?!" 

Tolikin sözləri studiayada gülüşlə qarşılanıb.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/826965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR