Koronavirus “Apple” şirkətinə ziyan vurub

Koronavirus “Apple” şirkətinə ziyan vurub
09:35 19 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Apple" şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəricilərinə nail ola bilməyəcək. Bu barədə şirkətin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, 2020-ci ilin yanvar-martında gəlir üzrə proqnozun azaldılması Çində müəssisələrin fəaliyyətinin dayandırılmasına görə "iPhone" smartfonlarının istehsalının aşağı düşməsi ilə izah olunur. Bundan başqa, Çində ticarət nöqtələrinin karantinə bağlanması ilə əlaqədar tələbatın azalması şirkətin maliyyə göstəricilərinə təsir göstərəcək. Çin "Apple" üçün ABŞ-dan sonra ikinci ən böyük satış bazarı hesab edilir.

 

ABŞ istehsalçısı fevralın əvvəlində "COVID-19" koronavirus epidemiyasına görə Çində fəaliyyət göstərən bütün ticarət nöqtələrini bağlayıb. Onların fəaliyyətinin bərpası fevralın 10-na planlaşdırılsa da, indiyədək 42 mağazadan yalnız 7-si açılıb. Şirkətə daha bir zərbə fəaliyyət göstərən ticarət nöqtələrinin qısaldılmış iş vaxtı rejimində işləməsi nəticəsində dəyib.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-66514-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR