Bu gün "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq

Bu gün "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq
13:57 23 Fevral 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə Super Liqasının XXIII turunda "Fənərbağça" və "Qalatasaray" arasında derbi oyunu keçiriləcək.
"Report"un məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. "Qalatasaray" əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.
Hazırda "sarı-qırmızılar" 42 xalla 4-cü, "sarı-lacivərdlilər" isə 38 xalla 6-cı pillədə qərarlaşıb. "Cim-Bom" bu gün qələbə qazanacağı təqdirdə, lider "Trabzonspor" və "Sivasspor"la xallarını bərabərləşdirəcək.
Qeyd edək ki, bu tur "Trabzonspor" "Beşiktaş"la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. "Sivasspor" isə "Alanyaspor"a qalib gəlib - 1:0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-fenerbagca-ve-qalatasaray-arasinda-derbi-oyunu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR