Qəfil dünyasını dəyişən xalq artistinin həyat yoldaşı: “Sevincdən ürəyi partladı” - VİDEO - FOTO

Qəfil dünyasını dəyişən xalq artistinin həyat yoldaşı: “Sevincdən ürəyi partladı” - VİDEO - FOTO
17:42 3 Mart 2020
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Elgizlə İzlə" verilişində mərhum xalq artisti Ağaxan Salmanlı haqqında süjet yayımlanıb.

Milli.Az bildirir ki, nəvəsinin toyunun səhəri günü qəfil dünyasını dəyişən xalq artistinin ailə üzvləri mərhumun ölümündən şok yaşadıqlarını dilə gətiriblər:

"Həyat yoldaşım yaxşı ata, yaxşı baba idi. Belə adamı itirmək çox çətindir. Heç bir şikayəti yox idi. 15 gün öncə yüngül infarkt keçirmişdi. Sevinirdi ki, nəvəmi sağ-salamat yola saldım. İlk nəvəsinin toyu idi. Elə bil sevincdən ürəyi partladı. Toyun səhəri günü gülə-gülə evdən çıxdı. Avtobusda keçinib. Hələ də şokdayıq. İnanmağımız gəlmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/830802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR