"Kiminsə ərini bölüşdürə bilmirsiz" - Afaq Bəşirqızından tənqid

"Kiminsə ərini bölüşdürə bilmirsiz" - Afaq Bəşirqızından tənqid
18:37 3 Mart 2020
Ölkə mətbuatı
A- A+

Ağılla yaşasan, həyat komediya yox, faciədir. Hisslərlə yaşamaq lazımdır. Amma hiss də adamı aldadır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" verilişində deyib. Aktrisa proqramda qonaq olan müğənni Xatun Əliyevanın parodiyalarına münasibət bildirib. İfaçı bir çox həmkarının parodiyaya görə ondan incidiyini söyləyib.

A.Bəşirqızı isə həmin ifaçıların ünvanına tənqidlər səsləndirib: 

"Özün kimi qal. Bir çoxları fəxr etməlidir ki, onları parodiya edirsən. İnciyənlərə demək istəyirəm: Deyəsən, yeriniz kimi xasiyyətiniz də səhv düşüb. Harada ciddi oturmaq, harada gülməq lazımdır yadınızdan çıxıb. Ona görə də həyatın müəyyən qanunlarını başa düşmürsüz.

Ancaq qeybət edib, xətrə dəyməyi bacarırsız. Kiminsə ərini bölüşdürə bilmirsiz. Bütün bunlar böyük faciədir. Amma parodiya edəndə, xoş halda yada salanda qəbul etmirsiz. Sənətkarı sənətkar yada salır, burada nə var?" 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/830702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR