İcra nümayəndəliyinin yerləşdiyi binada yanğın olub
Paylaş
115 baxış·1 dəq oxu
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 221 m² olan kənd icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları 80 m² sahədə yanıb. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.