Jestlərin dilini danışığa çevirən “ağıllı” əlcək hazırlanıb

Jestlərin dilini danışığa çevirən “ağıllı” əlcək hazırlanıb
17:35 6 Mart 2020
Ölkə mətbuatı
A- A+

Dünyada eşitmə və danışma qüsurlu insanlar üçün 300-dək jest dili mövcuddur ki, bu da jestlərin dilini bilməyənlərlə ünsiyyət qurarkən çətinliklər yaradır. "Dil baryerini" aradan qaldırmaq üçün keniyalı 25 yaşlı ixtiraçı həmsöhbətin jestlərini adi danışıq dilinə çevirən qurğu hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Oksford Universitetinin müəllimi və tədqiqatçı Roy Allela jestlərin dilini danışığa çevirən “Sign-IO” adlı “ağıllı” əlcək təqdim edib. Hər bir barmağa qurulmuş datçiklərlə təchiz edilmiş yeni qurğu yalnız hərəkəti deyil, həm də əyrilik dərəcəsini müəyyənləşdirir. Qurğu “Bluetooth” texnologiyası üzrə “Android” proqramla sinxronlaşdırılır. Tərcümə real vaxt rejimində həyata keçirilir.

 

İxtiraçının məlumatına görə, hazırda proqram bütün mövcud "danışıq" jestlərinin 93%-ni tanıyır. Bundan başqa, “ağıllı” əlcəklər istənilən dizaynda istehsal edilə bilər. Gözləntilərə görə, 2024-cü ilədək sözügedən cihazın satışından əldə olunan gəlir təxminən 30 milyard dollar təşkil edəcək.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-66966-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR