“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki,, “Oppo Find X2” aparatının arxa panelində 3 kamera yerləşdirilib: “Sony IMX586” sensoruna malik 48 meqapiksellik əsas, “Sony IMX708” sensoruna malik 12 meqapiksellik genişbucaqlı və hibrid 5 qat zuma malik 13 meqapiksellik telefoto. Bütün kameralar “Ultra Night Mode” gecə çəkilişi rejimini dəstəkləyir.
“Sony IMX616 Quad-Bayer” sensoruna malik 32 mp-lik selfi-kamera ekranın yuxarı sol küncündə yerləşdirilib.
“Find X2” smartfonu 65 vattadək “Super VOOC 2.0 Flash Charge” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Aparat, həmçinin IP54 standartı üzrə su və toza qarşı davamlıdır.
Emil Hüseynov