İtaliyada Milan, Venesiya da olmaqla 14 şəhər koronavirus səbəbiylə karantin altına alınıb.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Cüzeppe Konte açıqlama verib. O bildirib ki, təhlükə səbəbiylə bəzi bölgələrə giriş-çıxışlar məhdudlaşdırılacaq. Qeyd edək ki, Avropada koronavirusdan ən çox ölüm halının qeydə alındığı İtaliyada 233 nəfər həyatını itirib. 5833 nəfər virus daşıyıcısıdır.

Anar Türkeş