Türkiyə səfirliyinin mətbuat müşaviri “Teleqraf”ın qonağı oldu - FOTO

Türkiyə səfirliyinin mətbuat müşaviri “Teleqraf”ın qonağı oldu - FOTO
17:18 11 Mart 2020
Ölkə mətbuatı
A- A+

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Teleqraf Media Qrupun qonağı olub.

Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı ilə görüşdə Azərbaycan və Türkiyə münasibətləri, iki ölkənin media qurumalarının birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Aynur Camalqızı Teleqraf Media Qrupuna daxil olan Teleqraf.com, Publika.az və Axar.az media quruluşlarının iş prinsipi barədə ətraflı məlumat verib, holdinqin Türkiyə səfirliyi ilə yaxından əməkdaşlıq etdiyini bildirib.

Hüseyn Altınalan səfirliklə Teleqraf Media Qrupunun əlaqələrinin daha da genişləndirilməsinə çalışacaqlarını vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/307468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR