.

Çingiz Əhmədov Xalq artisti Rafael Dadaşovu görməkdən imtina edib: Görün nə halda idi... - FOTO

Çingiz Əhmədov Xalq artisti Rafael Dadaşovu görməkdən imtina edib: Görün nə halda idi... - FOTO
17:42 17 Mart 2020
Ölkə mətbuatı
A- A+
.

Əməkdar artist Çingiz Əhmədov ötən gün 74 yaşında vəfat edən Xalq artisti Rafael Dadaşovla bağlı "Şou ATV"də danışıb.

Milli.Az xəbər verir ki, aktyor xərçəng xəstəsi olan Rafael Dadaşova tez-tez zəng edib səhhətini soruşduğunu desə də görməyə getmədiyini bildirib.

Çingiz Əhmədov səbəbini belə izah edib:

"Oğlum dedi gedək baş çəkək. Mən istəmədim o vəziyyətdə onu gedək görək. Mən zəng elədim ikinci qızı ilə telefonla danışdım, dedi "Çingiz müəllim, bilir zəng eləmisiniz, amma danışa bilmir". Siz görün nə halda idi. Mən gedib dəysəm ona, o abu-havanı görsəm, necə olardı. Ona görə mən o məsafəni saxladım. İstədim həmişə qəlbimdə Rafael elə qalsın". 

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/834653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR