Rafiq Əzimov Rafael Dadaşovdan danışdı

Rafiq Əzimov Rafael Dadaşovdan danışdı
18:05 17 Mart 2020
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rafiq Əzimov Rafael Dadaşov haqqında xatirələrindən danışıb.

R.Əzimov ölkə.az-ın əməkdaşı ilə söhbətində bu acı xəbərə çox kədərləndiyini bildirib.

"Bu acı xəbəri mənə oğlum zəng edib dedi. Eşidəndə çox məyus oldum, hazırda mənim üçün danışmaq çox çətindir. Bayaqdan Rafaellə oynadığım bütün tamaşalar gözümün önündən kino lenti kimi keçir. O nəsildən kim qalıb ki, 3-4 nəfərik, itirə-itirə gedirik. Çox təəsüflər olsun ki, o, belə ağır vəziyyətdə dünyasını dəyişdi. Allah ona qəni-qəni rəhmət etsin.

Uzun müddət bir yerdə çiyin-çiyinə çalışmışıq. Mən həm Məlik Dadaşovla, həm də Rafaelin özü ilə uzun müddət tərəf müqabili olmuşam. Son illərə qədər bir yerdə səhnədə olmuşuq, axırıncı dəfə "Müfəttiş" komediyasında rol almışıq. O, bələdiyyə rəisi rolunu ifa edirdi. Heyiflər olsun ki, bu cür sənətkarları tez-tez itiririk. Ailəsinə və sevdiklərinə başsağlığı və təsəli verməkdən başqa əlimizdən nə gələ bilər ki... Allah qəni-qəni rəhmət etsin", - Xalq artisti fikrini tamamlayıb.

Qeyd edək ki, Xalq artisti R.Dadaşov bir neçə saat öncə vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/834432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR