2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq
12:35 19 Mart 2020
Ölkə mətbuatı
A- A+

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. Bu haqda “China Economic Weekly” nəşrinə müsahibəsində “Vivo” şirkətinin vitse-prezidenti Lyu Hon deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hələ ki “Xiaomi Redmi K30” smartfonu ən ucuz “5G” model olaraq qalır. Çində sözügedən smartfonun qiyməti 285 dollardır. 2020-ci ildə “Vivo” şirkəti “Z6”, “iQOO 3” və “Nex 3S” “5G” smartfonlarını təqdim edib.

 

“Strategy Analytics” şirkətinin qiymətləndirməsinə görə, 2019-cu ildə dünyada təxminən 19 milyon “5G” smartfonu satılıb. “HIS” analitikləri bu bazarı 13,5 milyon səviyyəsində qiymətləndiriblər və 2020-ci ildə 253 milyonadək artım gözləyirlər.

 

2019-cu ilin nəticəsinə görə, ən böyük “5G” smartfonları istehsalçılarının üçlüyündə 2 milyon qurğu tədarük etmiş “Vivo” şirkəti qərarlaşıb.

 

“Samsung” şirkəti “5G” texnologiyasını dəstəkləyən aşağıdakı smartfonları təklif edir: “Galaxy S10 5G”, “Galaxy Note 10 5G”, “Galaxy Note 10 5G”, “Galaxy Fold 5G” və “Galaxy A90 5G”. Bu aparatların qiyməti 700-2300 dollar aralığında dəyişir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67254-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR