Tahir Kərimli: "Hökumətin gördüyü işləri görməzlikdən gəlmək insafsızlıqdır"

Tahir Kərimli: "Hökumətin gördüyü işləri görməzlikdən gəlmək insafsızlıqdır"
20:17 19 Mart 2020
114 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən zaman koronavirusla bağlı narahatlığını ifadə etdi. Hesab edirəm ki, bu da başadüşüləndir. Dünən Birinci vitse-prezident Mehriban Əliyeva da bununla bağlı xalqa müraciət etdi. Koronavirusa qarşı birgə mübarizə aparmağın zəruriliyini qeyd etdi”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Deputat bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizə aparan dövlətlərin sırasında birincilərdən biridir: “Dövlət başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Prezident İlham Əliyev tərəfindən atılan addımlar, bütün fövqəladə hallarda ölkə vətəndaşlarının yanında olması böyük rəğbətlə qarşılanır. Təkcə ölkə daxilində yox, xaricdəki vətəndaşlarımızın da dövlətin hərtərəfli dəstəyi ilə əhatə olunduğunu müşahidə edirik. Ölkə rəhbərliyinin göstərişlərinə müvafiq olaraq, xaricdə yaşayan həmvətənlərimizin təhlükəsiz şəkildə ölkəmizə təxliyəsi həyata keçirilməkdədir. Koronavirus epidemiyasına qarşı Azərbaycan dövləti tərəfindən təqdirəlayiq önləyici addımlar atılmaqdadır. Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığı sərəncam da bu qəbildən olan tədbirlər siyahısındadır. Hökumət tərəfindən bütün tədbirlər görülür”.
T.Kərimli deyib ki, Prezident İlham Əliyev çıxışında koronavirusla bağlı təhlükə artdığı halda fövqəladə vəziyyət də elan oluna biləcəyini vurğulayıb: “Bu həm də Konstitusiyanın tələbidir. Belə ki, Konstitusiyanın 112-ci maddəsinə əsasən Azərbaycan Prezidenti təbii fəlakətlər, epidemiyalar və başqa qəzalar zamanı fövqəladə vəziyyət elan edir və 24 saat müddətində Milli Məclisə təqdim edir. Əgər ölkə başçısı tərəfindən belə bir qərar verilsə, Milli Məclis təcili toplanacaq”.
Deputat qeyd edib ki, beşinci kolon, içimizdəki düşmənlər indiki şəraitdə belə Azərbaycan dövlətinə, iqtidarına qarşı mənfi fikirlər səsləndirirlər: “Azərbaycan dünyada koronavirusla mübarizə aparan ən öncül dövlətlərdən biridir. Belə olan halda Azərbaycan Prezidentinin, hökumətinin gördüyü işləri görməzlikdən gəlmək insanfsızlıqdır. Mən başa düşə bilmirəm ki, bunu edənlər necə insanlardır. Beşinci kolon və içimizdəki satqınlar istəyirlər ki, panika olsun, aləm qarışsın. Hesab edirəm ki, bunu istəyənlər Azərbaycan xalqının, dövlətinin düşmənləridir. Mən onların hərəkətlərini qəti şəkildə pisləyirəm. Əli Kərimliyə səslənirəm ki, belə bir vəziyyətdə ağıllı olsunlar! Belə bir vəziyyətdə insanları kütləvi aksiyalara dəvət etmək yolverilməz haldır. Bu gün Azərbaycanın və dünyanın ən böyük problemi koronavirusla mübarizədir. Biz bunun öhdəsindən gəlməliyik. İnanıram ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/tahir-kerimli-dovletin-gorduyu-isleri-gormezlikden-gelmek-insanfsizl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR