Mədəniyyət Nazirliyi "Yaradıcılığı evdə öyrən – özünü kəşf et və bacarıqlarınla tanın" adlı

Hazırda ÜST tərəfindən COVİD-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilmişdir. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin online təbliği, insanlara evdə boş vaxtlarını səmərəli təşkili üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə start verib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaqdır.
Bu məqsədlə Nazirliyin youtube kanalından, facebook, instagram səhifələrindən maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.
Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulmuşdur.

Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış videoları, eyni zamanda aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını artıq Mədəniyyət Nazirliyinin sosial şəbəkələrində görmək mümkündür.
Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulmuşdur. Daha geniş tamaşaçı kütləsini məlumatlandırmaq üçün üçün bu veriliş efirdə olduğu vaxt bütün sosial şəbəkələrdə canlı olaraq nümayişi təşkil olunacaqdır.

Veriliş sadə formatda - bir aparıcı və bir qonaq əsasında hər gün üzrə 30-45 dəqiqə olmaqla təşkil edilməklə bərabər, müxtəlif növlər üzrə maarifləndirmə prosesinə həsr olunacaqdır. Verilişə dəvət olunacaq sahələrinin peşəkarları olan qonaqlar ilk günlərdə sahə üzrə ilkin bilik və bacarıqların təlimini aparacaq, növbəti günlərdə isə təlimin növbəti mərhələləri, master klaslar nümayiş olunacaqdır.

Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də nəzərdə tululmuşdur.
Bu layihə həm də uşaq və yeniyetmələrin xüsusi marağına səbəb olacaqdır. Çünki hazırda bütün dərnək və kursların keçirilməsi dayandırılmışdır. Eyni zamanda evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər. Layihə zamanı bütün təhlükəsizlik, gigyenik qaydalara riayət edilməsi, nazirliyin aidiyyəti şöbələri ilə koordinasiya şəraitində həyata keçirilməsi nəzərə alınmışdır. Təşkilati məsələlər texnoloji imkanlardan (telefon, internet və s.) istifadə olunmaqla həll edilir.

Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək "#yaradıcılığıevdəöyrən" həştəqi ilə paylaşan və nazirliyin rəsmi facebook səhifəsini qeyd (tag) edənlərin ən çox bəyənilən ilk üç videonun sahiblərinə nümayiş etdirdikləri bacarıqlarına uyğun olaraq qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Layihə ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

https://m.facebook.com/story.php?story_fbid=869905683450495&id=377192492721819

https://m.facebook.com/story.php?story_fbid=871270236647373&id=377192492721819

https://www.facebook.com/377192492721819/posts/870633010044429/

https://www.facebook.com/377192492721819/posts/871277113313352/

https://www.facebook.com/mct.gov.az/videos/539474553377590/

https://www.facebook.com/377192492721819/posts/872051669902563/

https://m.facebook.com/story.php?story_fbid=872739093167154&id=377192492721819


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR