"Span" şirkətinə Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı​ statusu verildi

Microsoft şirkəti Span-a Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusunu verib.

Şirkətdən Metbuat.az-a verilən məlumata görə, Microsoft, Span şirkətinin davamlı beynəlxalq genişlənməsini, dəyərli bulud xidmətləri təminatçısı, bundan başqa Microsoft şirkətinin ölkəmizdə olan yalnız üç tərəfdaşlarından biri kimi tanınmasını nəzərə alaraq, Span-a Azərbaycan üçün Lisenziyalı Həll Təminatçısı statusunu (LHT) verib.

Məlumat üçün qeyd edək ki, Span baş ofisi Xorvatiyada yerləşən beynəlxalq İT şirkətidir. Şirkətin Böyük Britaniya, ABŞ, Sloveniya, Çexiya, Almaniya, Azərbaycan və Ukraynada ofisləri mövcuddur. Span-ın biznes səfəri 1993-cü ildə Zaqrebdə yerləşən kiçik bir mağazada başlayıb. Şirkət tez bir zamanda hazırda bildiyimiz, Xorvatiyanın Microsoft Qızıl Sertifikatlaşdırılmış Həllər Təminatçısı və beynəlxalq İT şirkətinə çevrilmişdir. Span dünyanın 6 qitəsində 1500-dən çox müştəridən ibarət bazaya malikdir. Onlar, Microsoft Dynamics enterprise məhsullarını tətbiq etməklə iri telekommunikasiya şirkətlərinə məsləhət xidmətləri göstərərək Azərbaycan bazarında artıq 3 ildir ki, fəaliyyət göstərirlər. Şirkət, yüksək keyfiyyətli peşəkar xidmətlər toplusu, informasiya sistemlərinin layihələşdirilməsi və işlənib hazırlanması, həmçinin Azərbaycanda müştərilərinə operativ dəstəyin göstərilməsini vəd edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR