x
Loading...
.

Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji planetə mənfi təsir göstərir
16:35 30 Mart 2020
Ölkə mətbuatı
A- A+
.

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həyatın qorunub saxlanılması üçün son dərəcə vacibdir. Analitiklərin fikrincə, 2030-cu ilədək kömürün hasil edilməsi və istehlakı xeyli azalacaq, günəş elektrik stansiyaları isə daha səmərəli olacaq. Lakin bu üstünlüklərə baxmayaraq məlum olub ki, təmiz enerji, həmçinin Yer kürəsinə zərər vura bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tədqiqatçılar bildiriblər ki, 2200-dən çox bərpa olunan enerji obyekti ekoloji cəhətdən təmiz ərazilərdə yerləşdirilib. Onların mövcudluğu dünyada minlərlə bitki və heyvan növünün təbii yaşama mühitinə təhlükədir. Kvinslend Universitetinin alimlər qrupunun səyi nəticəsində hazırlanmış xəritədə qorunan ərazilərdəki günəş, külək və su-elektrik stansiyaları işarələnib.

 

Alimlərin fikrincə, bu cür obyektlərin tikintisi biomüxtəlifliyi pozur ki, bu da müxtəlif növ heyvan və bitkilərə zərər vura bilər. Artıq inşa edilmiş obyektlərdən başqa hazırda daha 900-ü tikilir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67327-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR