x
Loading...

Çirkab sularındakı civəni təmizləyə bilən mikrorobotlar təqdim edilib

Çirkab sularındakı civəni təmizləyə bilən mikrorobotlar təqdim edilib
15:35 2 Aprel 2020
Ölkə mətbuatı
A- A+
.

Tozcuqdan istifadə nəticəsində hazırlanmış kiçik robotlar çirkab sularının təmizlənməsində istifadə ediləcək. Bu barədə çexiyalı alimlər məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, zavodlar tərəfindən tullanan çirkab sularında civə olur. Civə metalı istehlak edildikdə dərhal bir neçə xəstəliyə və ya ağırlaşmaya səbəb ola bilər. Civənin sutəmizləyən qurğularda silinməsi metodları mövcuddur, amma onlar çox vaxt tələb edir, həmçinin qiyməti bahadır.

 

Praqada Kimya və Texnologiya Universitetinin əməkdaşı Martin Pumer və onun həmkarları ucuz alternativ metod üzərində işləyirlər. Tozcuğun bəzi dənləri civəni adsorbsiya etməyə meyillidir, buna görə Pumer və onun komandası çirkab sularının təmizlənməsi üçün bu üsuldan istifadə edərək sınaqlar aparıblar.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67458-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR