"Sinema radio" fəaliyyətini bu cür davam etdirir - FOTO

"Sinema radio" fəaliyyətini bu cür davam etdirir - FOTO
20:38 4 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM-in dəstəyi ilə “AzerNyuMedia” Şirkətinin “Sinema Radio” (Cinema Radio) layihəsi (sahiblik hüquqları “AzerNyuMedia” Şirkətinə məxsusdur) 27 iyul 2019-cu il tarixindən Avto FM - 107.7 FM-də yayımlanır.

Publika.az xəbər verir ki, layihə bir saat ərzində dünya, yerli kino bazarında baş verən hadisələri müqayisəli şəkildə təqdim edir. Layihə dörd rubrikadan - “Özgə Sinema”, “Doğma Sinema”, “Dost Sinema” və “Qazan Sinema” rubrikalarından, yeni Azərbaycan filmlərinin (xüsusilə dövlət sifarişi ilə istehsal edilən filmlər) audiotreylerindən, yerli və əcnəbi səs yazılarından ibarətdir.

“Dost Sinema” rubrikasında tanınmış kinematoqrafçılarlar, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin, eləcə də dövlət studiyalarının rəhbərləri və əməkdaşları ilə müzakirələr aparılır.

“Qazan Sinema” rubrikasında “Sinemaplus” (CinemaPlus) kinoteatrlar şəbəkəsinə bilet oynanılır.

Bu günə qədər Özbəkistanın əməkdar artisti Rano Şodiyeva, görkəmli kinorejissor Əli Xamrayev sosial şəbəkələrdə Azərbaycan dinləciyilərinə “Sinema Radio”nu dinləməyi tövsiyə ediblər.

Hazırda bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar “Sinema Radio” da xüsusi rejimdə fəaliyyət göstərir. Belə ki, layihə Azərbaycan Respublikası Mədəniyyət nazirinin “Sinema Radio” dinləyicilərinə müraciəti ilə başlanır. Ölkə ərazisində kinoteatrların dayandırılması səbəbindən “Qazan Sinema” rubrikası təxirə salınıb, əvəzinə “Fakt Sinema” rubrikası fəaliyyətə başlayıb. Rubrika dünya kinosunda baş vermiş maraqlı, qeyri-adi və bəzən də yumoristik faktları dinləyicilərə çatdırır. “Bütün yollar kinoya aparır” sloqanı ilə yayımlanan “Sinema Radio”, artıq “Sizin kinokainatdakı bələdçiniz” sloqanını da əlavə edib.

Layihənin rəhbəri və ssenari müəllifi Kamran Qasımov, aparıcısı RJ Yaqut, layihənin məsləhətçisi əməkdar incəsənət xadimi Cəmil Quliyev, səs rejissoru Samir Əsədov, musiqi rəhbəri Yaşar Baxışdır. Layihənin orijinal versiyası hər həftənin şənbə günü saat 15:00-da Avto FM-də yayımlanır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/309770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR