Türkiyə və Azərbaycan balabanla bağlı UNESKO-ya müraciət edib

Türkiyə və Azərbaycan balabanla bağlı UNESKO-ya müraciət edib
12:05 6 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Türkiyə 4 obyektin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESKO-ya müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi bildirib.

Nazirlikdən qeyd olunub ki, obyektlərdən biri milli, üçü isə çoxmillətli obyektdir.

Qeyd olunur ki, çay mədəniyyəti, balaban və Molla Nəsrəddin lətifələri çoxmillətli şəkildə təqdim edilib.

Belə ki, balaban UNESKO-ya Azərbaycanla birgə, Molla Nəsrəddin lətifələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla birgə təqdim edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/839439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR