"Real Madrid", "Atletiko" və "Barselona"nın sabiq baş məşqçisi vəfat etdi

"Real Madrid", "Atletiko" və "Barselona"nın sabiq baş məşqçisi vəfat etdi
00:17 7 Aprel 2020
236 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid", "Atletiko" və "Barselona" futbol komandalarının sabiq baş məşqçisi Radomir Antiç vəfat edib. 
"Report"un məlumatına görə, serbiyalı mütəxəssis 71 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır. 
Qeyd edək ki, Radomir Antiç İspaniyanın 3 böyük komandasına müxtəlif vaxtlarda rəhbərlik etmiş yeganə mütəxəssisdir. Onun rəhbərliyi altında "Atletiko" 1995/1996 mövsümündə İspaniya çempionluğu və kubokunu qazanıb. Oyunçu karyerası ərzində isə Antiç Serbiyanın "Partizan", Türkiyənin "Fənərbağça" və İspaniyanın "Saraqosa" klublarında çıxış edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-atletiko-ve-barselona-nin-sabiq-bas-mesqcisi-vefat-e

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR