İngiltərədə koronavirusa görə ən çox pul itirən klub hansıdır?

İngiltərədə koronavirusa görə ən çox pul itirən klub hansıdır?
13:32 7 Aprel 2020
164 Digər
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" İngiltərədə koronavirus pandemiyasından ən çox əziyyət çəkən klubdur.
"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqa dayandırılandan sonra təqribən 131 milyon avro vəsait itirib.
Bura teleyayım hüquqları, bilet satışları və sponsorluq müqavilələrindən əldə olunan gəlirlər daxildir.
Sıralamada ikinci yeri 123 milyon avroluq itki ilə "Mançester Siti" tutur. "Liverpul" (116 milyon avro) 3-cü, "Çelsi" (103 milyon avro) 4-cü, "Tottenhem" (94 milyon avro) 5-ci, "Arsenal" isə (85 milyon avro) 6-cıdır.
Qeyd edək ki, İngiltərədə liqalar martın 13-də dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngilterede-koronavirusa-gore-en-cox-pul-itiren-klub-hansidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR