Braziliyanın futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo Paraqvay həbsxanasını tərk edib.
Bu barədə “”Report” “Football Espana”ya istinadən xəbər verir.
Məlumata görə, Ronaldinyo həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.