Yaponiya istehsalın Çindən köçürülməsi üçün 2,2 milyard dollar ayırıb

Yaponiya istehsalın Çindən köçürülməsi üçün 2,2 milyard dollar ayırıb
11:35 9 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti şirkətlərin istehsalın Çindən köçürülməsinə kömək məqsədilə 2,2 milyard dollar ayırıb. Dövlət bu addımı ticarət tərəfdaşları arasında təchizat zəncirinin pozulmasına səbəb olan koronavirus pandemiyası ilə əlaqədar atıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məlumata görə, 2 milyard dolların istehsalı Çindən Yaponiyaya köçürən şirkətlərə kömək üçün sərf olunacağı nəzərdə tutulur. Qalan pul vəsaitləri istehsalı digər ölkələrə köçürməyə çalışan Yaponiya müəssisələrinə yardım üçün xərclənəcək.

 

Bildirilir ki, normal şəraitdə Çin Yaponiyanın böyük ticarət tərəfdaşı rolunda çıxış edir. Lakin koronavirus pandemiyası bu ilin fevralında Çində əksər zavodların fəaliyyətinin dayandırılması səbəb olduğundan idxal təqribən iki dəfə azalıb. Bununla əlaqədar əksər Yaponiya istehsalçıları komplekt hissələrin çatışmazlığı ilə üzləşib. Bu fonda Yaponiyanın ən böyük istehsal bazası olan Çindən asılılığın azaldılması ilə bağlı müzakirələr bərpa olunub.

 

"Biz iqtisadi inkişafın bərpası üçün əlimizdən gələni edirik. Ümid edirik ki, digər ölkələr də Çin kimi hərəkət edəcək və koronavirusun dünya iqtisadiyyatına və təchizat zəncirinə təsirinin minimuma endirilməsi üçün lazımi tədbirlər görəcəklər", – Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çjao Litsyan Pekində keçirilən brifinqdə bildirib.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67654-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR