“Honor 30 Series” smartfonları müxtəlif “5G” prosessorları ilə təchiz ediləcək

“Honor 30 Series” smartfonları müxtəlif “5G” prosessorları ilə təchiz ediləcək
11:35 11 Aprel 2020
Ölkə mətbuatı
A- A+

"Huawei" şirkəti "Honor 30 Series" ailəsinə aid smartfonların "5G" texnologiyasını dəstəkləyən müxtəlif səviyyəli prosessorlarla təchiz ediləcəyini əks etdirən fotoşəkillərini dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məsələn, qabaqcıl "Kirin 990 5G" çipi, orta sinifli "Kirin 820 5G" məhsulu və rəsmən təqdim edilməyən "Kirin 985 5G" həllindən istifadə qeyd olunur.

 

Məlumata görə, "Honor 30 Series" smartfonlarının rəsmi təqdimatı aprelin 15-nə planlaşdırılır. Seriyaya "Honor 30", "Honor 30 Pro" və "Honor 30 Lite" modelləri daxil olacaq.

 

Bu günlərdə "Honor" prezidenti Çjao Min "Honor 30 Pro" rəsmi fotoşəkillərini nümayiş etdirib. Smartfon "FHD " təsvir ölçülü 6,57 düym diaqonallı "OLED" ekran, 8/12 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də 50 meqapikselli əsas "Sony IMX700" modemli dörd kamera ilə təchiz edilib. Akkumulyator tutumu 3900 milliamper/saat təşkil edir.

 

"Honor 30" qurğusu da 6,57 düym diaqonallı displeyə malikdir. Lakin arxa kameranın tərkibinə 40 meqapikselli əsas sensor daxildir. Akkumulyator tutumu 3900 milliamper/saata bərabərdir.

 

"Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular müxtəlif rəng variantlarında təklif olunacaq.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67730-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR