"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, çempionat başa çatmasa, məşqçilərin və oyunçuların maaşları 20 faiz azaldılacaq.
Matçlar boş tribunalar önündə keçiriləcəyi təqdirdə isə məvaciblər 3 faiz aşağı enəcək.
Qeyd edək ki, İspaniya çempionatı qeyri-müəyyən tarixədək təxirə salınıb. Daha əvvəl "Barselona", "Atletiko", "Real Madrid" kimi klublar futbolçuların maaşlarını azaldıb.