Essyen Ronaldinyonun əvəzinə alınıb

Essyen Ronaldinyonun əvəzinə alınıb
09:22 13 Aprel 2020
165 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyanın “Persib Bandunq” klubu ilk olaraq “Səbail”in futbolçusu Maykl Essyeni heyətinə cəlb etmək istəməyib.
“Report” “Ghanasoccernet”ə istinadən xəbər verir ki, komanda Braziliya millisinin və İspaniya “Barselona”sının sabiq oyunçusu Ronaldinyonu almalı imiş. Bu halda, Essyenin transferi baş tutmayacaqdı.
“Persib Bandunq”un baş məşqçisi Umuh Muçtar qanalı yarımmüdafiəçi ilə də müqavilənin dəyərinin çox böyük olduğunu bildirib: “Essyen dünya şöhrətli oyunçudur. Əslində klubun prezidenti Ronaldinyonu gətirmək istəyirdi, artıq onun agenti ilə danışmışdı. Amma braziliyalı futbolçu tezliklə “Barselona”nın səfiri oldu”.
Qeyd edək ki, Maykl Essyen 2017/2018 mövsümündə İndoneziya təmsilçisinin formasını geyinib. Qanalı oyunçu 2019-cu ilin martından “Səbail”də çıxış edir. Ronaldinyo hazırda Paraqvayda ev dustaqlığındadır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/klub-ronaldinyonun-evezine-sebail-in-futbolcusunu-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR